<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Ruhum nəğmələrlə qol - qanad açıb İL207</title>
<lyrics>[V1]
 Ruhum nəğmələrlə qol - qanad açıb,
 Uçmaq istər Rəbbim olan göylərə.
 Müqəddəs Ruhumla izzətləndirib
 Sevgimi söylərəm gözəl Rəbbimə.

[C1]
   Ruhum nəğmə deyir əziz Allahıma,
   Onun Oğlu İsaya, Müqəddəs Ruhuna.

[V2]
 Rəbbim parlaq işıq, həyat nurudur,
 Atadan göndərilən Müqəddəs Ruhdur.
 Bizi bu dünyada qoruyan Odur,
 Atanı bizlərə tanıdan Odur.</lyrics>
<hymn_number>207</hymn_number>
</song>